Misli Premyer Liqasında mövsümün başa çatması ilə avrokuboklara vəsiqə qazanan klublarımız bəlli olub. "Qarabağ"ın Çempionlar Liqasında, "Zirə"nin Avropa Liqasında, "Sabah" və "Sumqayıt"ın isə Konfrans Liqasında mübarizə aparacağı dəqiqləşib. 

Bəs, adıçəkilən klublar turnirlərə necə hazırlaşırlar? Məsələ ilə bağlı Offsideplus.az olaraq təmsilçilərimizin mətbuat xidmətlərinin rəhbərləri ilə əlaqə saxladıq:

Anar Hacıyev, ("Qarabağ"): "Təlim-məşq toplanışımız bu həftəsonu final oyununa görə olacaq. Avrokubok hazırlıqlarımıza gəlincə, ÇL finalından sonra I, yoxsa II təsnifat mərhələsindən mübarizəyə başlayacağımız dəqiqləşəndən sonra bəlli olacaq".

Elmar Abdullayev ("Zirə"): "Hələ ki tam dəqiq bilinmir". 

Elnur Həmidov ("Sabah"): "Qarşıdakı günlərdə tam bəlli olacaq".

Zaur Xudiyev ("Sumqayıt"): "Hazırda komanda istirahətə buraxılıb. Bu günlərdə rəhbərlik və məşqçi heyəti arasında görüş olacaq. Bundan sonra təlim-məşq toplanışı barədə plan qurulub, qərar veriləcək".